Suriyanın Hələb şəhəri tamamilə azad edilib

Suriyanın Hələb şəhəri tamamilə azad edilib Ordu komandanlığı bunu terrorçuluğa qarşı müharibədə mühüm dönüş nöqtəsi adlandırıb
Digər ölkələr
22 Dekabr , 2016 22:42
Suriyanın Hələb şəhəri tamamilə azad edilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Suriyanın Hələb şəhəri terrorçulardan azad edilib və ölkə ordusunun tam nəzarəti altındadır.

"Report" xəbər verir ki, bu bəyanatla Suriya Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığı çıxış edib.

Çıxış mətnini "Əl Əxbariyə" telekanalı efirə verib.

"Hələbdə qələbə terrorçuluğa qarşı müharibədə mühüm bir dönüş nöqtəsidir", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi