Bakı. 13 noyabr. REPORT.AZ/ Suriyada 300-ə yaxın arxeoloji qazıntı aparılan obyekt 2011-ci ildə bu ölkədə vətəndaş müharibəsinin başlamasından sonra basqına məruz qalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı Fransanın "Le Figaro" qəzetinə müsahibəsində Suriyanın əntiq əşyalar və muzeylər üzrə Hökumət Departamentinin direktoru Maamun Abdel Kərim verib.
Məmur Fransanı qədim mədəni irsin qorunmasında Suriyaya kömək etməyə çağırıb.