Yuxarı

Suriyada yaşayış məntəqəsi bombardman edilib, ölənlər və yaralananlar var

​Suriyada yaşayış məntəqəsi bombardman edilib, ölənlər və yaralananlar

Suriyada yaşayış məntəqəsi bombardman edilib.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, İdlib vilayətinin cənubundakı yaşayış məntəqələri hava hücumuna məruz qalıb. Nəticədə azı 9 nəfər həlak olub, daha 23 nəfər yaralanıb.

Yerli mənbələr bildiriblər ki, öldürülənlər arasında qadınlar və uşaqlar da var. Məlumata görə, ölənlərin sayı arta bilər. Buna səbəb regionda tibb avadanlıqlarının olmamasıdır.

Hücumun Bəşər Əsədə məxsus hərbi hava qüvvələri tərəfindən həyata keçirildiyi iddia edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi