Suriyada qaçqın düşərgəsində yanğın olub, xəsarət alanlar var

Suriyada qaçqın düşərgəsində yanğın olub, xəsarət alanlar var Bakı. 24 fevral. REPORT.AZ/ Suriyada qaçqın düşərgəsində güclü yanğın olub.
Digər ölkələr
24 Fevral , 2019 06:23
Suriyada qaçqın düşərgəsində yanğın olub, xəsarət alanlar var

Bakı. 24 fevral. REPORT.AZ/ Suriyada qaçqın düşərgəsində güclü yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "Al-Watan" qəzeti bildirib.

Məlumata görə, hadisə ölkənin şimal-şərqində Al-Hol adlı ərazidə baş verib. Qaz balonlarının anbarda alışması nəticəsində düşərgə alova bürünüb.

Yanğın nəticəsində 15 nəfər xəsarət alıb. 

Daha əvvəl Deyr-əz-Zor əyalətində avtomobilin partladılması nəticəsində azı 15 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi