​Suriyada türkmənlərin iki kəndi terrorçulardan təmizlənib

​Suriyada türkmənlərin iki kəndi terrorçulardan təmizlənib Antiterror əməliyyat nəticəsində 70 İŞİD silahlısı zərərsizləşdirilib
Digər ölkələr
21 Noyabr , 2015 10:34
​Suriyada türkmənlərin iki kəndi terrorçulardan təmizlənib

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyə və ABŞ qırıcılarının terrorçu İŞİD-in Suriya-Türkiyə sərhədi yaxınlığındakı mövqelərini bombalaması nəticəsində iki kənd terrorçulardan təmizlənib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, anti-terror əməliyyatı gecə saatlarında Suriyanın Hələb şəhərinin şimalında, Türkiyə-Suriya sərhədində, Türkiyənin Kilis rayonu ilə üzbəüz qonşu ölkənin Harcele və Delha kəndlərində keçirilib. Hər iki yaşayış məntəqəsinin terrorçulardan təmizləndiyi haqda informasiya yayılıb.

Xəbərdə bildirilib ki, türkmənlərdən ibarət Bəşşar Əsəd rejiminə müxalif Sultan Murad briqadası İŞİD-in 70-dən çox silahlısını məhv edib.

Məlumata əsasən, Türkiyənin 6 "F-16", ABŞ-ın 4 "F-15" və bir "AC-130" və 3 pilotsuz uçan aparatının əməliyyata havadan dəstəyi nəticəsində müxalif qruplar terrorçuları adıçəkilən türkmən kəndlərindən çıxara bilib.

Son xəbərlər

Orphus sistemi