Yuxarı

Suriyada türk hərbçilərinə hücum edilib, ölən və yaralananlar var

Suriyada türk hərbçilərinə hücum edilib, ölən və yaralananlar var
Hücum zamanı 1 türk əsgəri şəhid olub

Bakı. 31 yanvar. REPORT.AZ/ Suriyada terrorçular Türkiyə hərbçilərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Tgrthaber" məlumat yayıb.

Məlumata görə, hadisə İdlibin şimalında qeydə alınıb. Hücum zamanı 1 türk əsgəri şəhid olub, daha 2 nəfər yaralanıb. 

Yaralılardan birinin mülki şəxs olduğu bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi