​Suriyada təyyarə qəzaya uğrayıb, 35 hərbçi ölüb

​Suriyada təyyarə qəzaya uğrayıb, 35 hərbçi ölüb Təyyarə İdlib əyalətində pis hava şəraiti və güclü duman səbəbindən qəzaya uğrayıb
Digər ölkələr
18 Yanvar , 2015 22:17
​Suriyada təyyarə qəzaya uğrayıb, 35 hərbçi ölüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Suriyanın şimal-qərbində yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 35 hərbçi həlak olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, Suriyanın insan haqları üzrə müşahidə qrupunun məlumatına görə, təyyarə İdlib əyalətində pis hava şəraiti və güclü duman səbəbindən yüksək gərginlikli elektrik xəttinə ilişib.

Suriyanın rəsmi kütləvi informasiya vasitələri qəza faktını təsdiq edib.

Lakin “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qanadı sayılan “Nüsra cəbhəsi” qruplaşması təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir.

Son xəbərlər

Orphus sistemi