Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb

Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb Daha 3 hərbçi yaralanıb
Digər ölkələr
27 May , 2018 12:46
Suriyada terrorçuların hücumu nəticəsində 4 Rusiya hərbçisi ölüb

Bakı. 27 may. REPORT.AZ/ Suriyada terrorçuların açdığı atəş nəticəsində 4 Rusiya hərbçisi ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə gecə saatlarında Deyr əz-Zor əyalətində baş verib. Bir neçə terrorçu qrupu günün qaranlıq saatlarında hökumət qoşunlarının artilleriya batareyasına hücum edib. Batareyanın atəşinə nəzarət edən iki Rusiya hərbi məsləhətçisi yerində ölüb. Digər beş rus hərbçisi yaralanıb və dərhal Rusiyanın hərbi xəstəxanasına aparılıb. Daha 2 hərbçi isə orada keçinib.

Döyüş nəticəsində 43 terrorçu öldürülüb, onların üzərində iriçaplı silahlar quraşdırılmış 6 avtomobili məhv edilib.

Son xəbərlər

Orphus sistemi