Bakı. 20 oktyabr. REPORT.AZ/ Suriyada Rusiyaya məxsus növbəti "Orlan" dronu vurulub.
"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.
Pilotsuz uçan aparatın vurulması barədə informasiyanı "Ceyş əl-Mücahidin" terror qruplaşmasının komandanlığı da təsdiq edib. Dron Hələb ərazisində vurulub.