Suriyada qəzaya uğrayan Rusiya təyyarəsindəkilərin hamısı hərbçi olub

Suriyada qəzaya uğrayan Rusiya təyyarəsindəkilərin hamısı hərbçi olub Göyərtədə bir nəfər də olsun mülki şəxs olmayıb
Digər ölkələr
6 Mart , 2018 23:53
Suriyada qəzaya uğrayan Rusiya təyyarəsindəkilərin hamısı hərbçi olub

Bakı. 6 mart. REPORT.AZ/ Rusiyanın "An-26" təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində bir general-mayor, 26 zabit, çavuş və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Faciə nəticəsində biri general-mayor rütbəli olmaqla 27 zabit, həmçinin çavuş və müddətdən artıq hərbi xidmətdə olan hərbçilər ölüblər. "An-26"nın göyərtəsində bir nəfər də olsun mülki şəxs olmayıb", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi