Yuxarı

Suriyada partlayış törədilib, ölənlər və yaralananlar var

Suriyada partlayış törədilib, ölənlər və yaralananlar var

Suriyada partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Deyr ez-Zorda baş verib. Minanın partladılması nəticəsində azı 4 nəfər həlak olub. Partlayış zamanı həmçinin daha 36 nəfər xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Daha əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şərqindəki El-Baquz yaşayış məntəqəsini havadan atəşə tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi