Suriyada partlayış törədilib, iki türk zabiti şəhid olub

Suriyada partlayış törədilib, iki türk zabiti şəhid olub Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi həlak olub, 13 nəfər yaralanıb.
Digər ölkələr
16 Yanvar , 2020 20:39
Suriyada partlayış törədilib, iki türk zabiti şəhid olub

Suriyanın şimal sərhədindəki Təl-Əbyad şəhərində avtomobilin partladılması nəticəsində 6 hərbçi həlak olub, 13 nəfər yaralanıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, hadisə Azad Suriya Ordusunun (ASO) qərargahı qarşısında baş verib.

Həlak olanlardan ikisi türk zabitidir, digərləri ASO-nun üzvləridir.

Qeyd edək ki, hadisənin baş verdiyi Təl-Əbyad şəhəri Türkiyənin oktyabr ayında başladığı “Barış pınarı” adlı antiterror əməliyyatı bölgəsində yerləşir.

Son xəbərlər

Orphus sistemi