Yuxarı

Suriyada partlayış nəticəsində 5 dinc sakin ölüb

Suriyada partlayış nəticəsində 5 dinc sakin ölüb
Terror aktı zamanı 15 nəfər yaralanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Suriyanın Dəməşq əyalətinin qərbində baş verən partlayış nəticəsində ən azı 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

İlkin məlumata görə, Sasaa yaşayış məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.

Bundan əvvəl 2 nəfərin öldüyü və 10 nəfərin yaralandığı, onların arasında iki uşaq və 7 qadının olduğu bildirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi