Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb

Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb Döyüşlər ölkənin şimal-qərbindəki Latakiya vilayətində baş verib
Digər ölkələr
8 Avqust , 2015 19:04
Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Suriyada hökümət qüvvələrinin ölkənin şimal-qərbindəki Latakiya vilayətində həyata keçirdiyi hücum nəticəsində ən azı 50 üsyançı öldürülüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Rabiya yaşayış məntəqəsində baş verən döyüşlərdə üsyançılara məxsus 10 ədəd zirehli hərbi texnika da məhv edilib.

Öldürülənlərin əksəriyyətinin əcnəbilər olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi