​Suriyada "Nüsra cəbhəsi"nin 250-dən çox yaraqlısı zərərsizləşdirilib

​Suriyada "Nüsra cəbhəsi"nin 250-dən çox yaraqlısı zərərsizləşdirilib Eyni zamanda terrorçular tərəfindən 82 dinc sakin qətlə yetirilib
Digər ölkələr
12 Aprel , 2016 03:56
​Suriyada Nüsra cəbhəsinin 250-dən çox yaraqlısı zərərsizləşdirilib

Bakı. 12 aprel. REPORT.AZ/ Suriya ordusu aprelin 3-dən Hələb əyalətinə edilən hücumların qarşısını alan zaman "Nüsra cəbhəsi" terror qruplaşmasının 250-dən çox yaraqlısını məhv edib.

"Report" xəbər verir ki, bu barədə Suriya ərazisində düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko məlumat verib.

""Cəbhat ən-Nüsra"nın terror dəstələri aprelin 3-dən indiyə qədər hökumət qoşunlarının Hələb əyalətinin cənub-qərb hissəsindəki mövqelərinə hücumlarını davam etdirirlər. Hökumət qoşunları tərəfindən hücumların qarşısı alınan zaman 250-dən çox terrorçu, iki tank və başqa texnika məhv edilib", — deyə o əlavə edib.

Kuralenko, həmçinin bildirib ki, ötən həftə ərzində Hələb şəhərinin sözügedən terror qruplaşmasının üzvləri tərəfindən atəşə tutulması nəticəsində 82 dinc sakin həyatını itirib, 266 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi