Suriyada məktəbli avtobusu atəşə tutulub, iki uşaq ölüb

Suriyada məktəbli avtobusu atəşə tutulub, iki uşaq ölüb Suriyanın Hələb şəhərinin Əz-Zəhra rayonunda məktəbli avtobusunun yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində iki uşaq həyatını itirib.
Digər ölkələr
19 Mart , 2019 23:25
Suriyada məktəbli avtobusu atəşə tutulub, iki uşaq ölüb

Suriyanın Hələb şəhərinin Əz-Zəhra rayonunda məktəbli avtobusunun yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində iki uşaq həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinqdə Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin deyib.

"Martın 19-u yerli vaxtla saat 16:50-də Hələb şəhərinin şimal-qərbində yerləşən Əz-Zəhra rayonunda uşaqları daşıyan avtobus terror qruplaşmalarının nəzarəti altında olan Leramun rayonu tərəfdən atəşə tutulub. Nəticədə 12 yaşlı oğlan uşağı həlak olub, 8 yaşlı qız və müəllimə ağır yaralanıb. Sonradan qız xəstəxanada keçinib", - deyə Kupçişin bildirib.

Son xəbərlər

Orphus sistemi