Suriyada koalisiya qüvvələrinin endirdiyi zərbə nəticəsində 15 dinc sakin həlak olub

Suriyada koalisiya qüvvələrinin endirdiyi zərbə nəticəsində 15 dinc sakin həlak olub Onların arasında uşaqlar, habelə qadınlar da var
Digər ölkələr
8 Aprel , 2017 20:06
Suriyada koalisiya qüvvələrinin endirdiyi zərbə nəticəsində 15 dinc sakin həlak olub

Bakı. 8 aprel. REPORT.AZ/ Suriyada beynəlxalq koalisiya qüvvələrinin Rakka vilasətinin Huneydə kəndinə endirdiyi hava zərbəsi nəticəsində 15 dinc sakin ölüb.

"Report"un məlumatına görə, bu barədə Suriyanın dövlət tele-radio şirkəti xəbər verib.

Xəbərdə bildirilir ki, Rakka vilayətinin qərb hissəsi beynəlxalq koalisiya qüvvələri bombardmanına məruz qalıb. Nəticədə 15 mülki sakin həlak olub. Onların arasında 3 uşaq və habelə qadınlar da var.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriya Demokratik Qüvvələrinə dəstək üçün İŞİD-in mövqelərinə zərbələr endirir.

Qeyd edək ki, ilkin məlumatda hava zərbələri nəticəsində 10 nəfərin öldüyü bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi