Suriyada İŞİD-in iki lideri öldürüldü

Suriyada İŞİD-in iki lideri öldürüldü İŞİD terror qruplaşmasının iki regional lideri Suriya Demokratik Qüvvələri və ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın birgə əməliyyatı zamanı öldürülüb.
Digər ölkələr
23 May , 2020 03:50

İŞİD terror qruplaşmasının iki regional lideri "Suriya Demokratik Qüvvələri" və ABŞ-ın başçılıq etdiyi terrorçuluğa qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın birgə əməliyyatı zamanı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların başçılıq etdiyi ölkələr qrupunun İraqda və Suriyada keçirdiyi "Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının bəyanatında bildirilir.

"Mayın 17-də "Suriya Demokratik Qüvvələri" koalisiya ilə birgə Deyr-ez-Zor əyalətində İŞİD-in mövqelərinə zərbə endirdi. İŞİD-in iki lideri Əhməd İsa İsmayıl əz-ZaviƏhməd Abd Məhəmməd Həsəm əl-Cuqayfi bu əməliyyatın gedişatında həlak oldular", - sənəddə deyilir.

Qeyd edilir ki, terrorçulardan birincisi Bağdadın şimalında qruplaşma üzvləri arasında rəhbərliyin göstərişlərinin yayılması ilə məşğul olub, ikinci şəxs isə silahın əldə olunmasına və digər məsələlərə cavabdehlik daşıyıb.

Son xəbərlər

Orphus sistemi