Suriyada "Hizbullah" liderlərindən biri öldürülüb

Suriyada "Hizbullah" liderlərindən biri öldürülüb Əli Əhməd Fayad Hələbdəki qarşıdurmalar zamanı qətlə yetirilib
Digər ölkələr
27 Fevral , 2016 17:27
Suriyada Hizbullah liderlərindən biri öldürülüb

Bakı. 27 Fevral. REPORT.AZ/ Livanın "Hizbullah" hərəkatının tanınmış sahə komandirlərindən olan Əli Əhməd Fayad Suriyanın şimalında, Hələbdəki qarşıdurmalar zamanı qətlə yetirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Fayad Hanasir rayonundakı toqquşmalar zamanı öldürülüb.

Xatırladaq ki, bu rayonda ötən həftə Bəşşar Əsəd rejiminin qüvvələri və İŞİD terror qruplaşması arasında şiddətli döyüşlər olub. "Hizbullah" könüllüləri isə Əsəd rejiminə fəal yardım göstərir.

Qeyd edək ki, Hanasir rayonu Hələb şəhərinə gedən şərq quru yolu üzərində yerləşir.

Son xəbərlər

Orphus sistemi