Suriyada hərbi təyyarə vurulub, 1 ölü

Suriyada hərbi təyyarə vurulub, 1 ölü Deyr əz-Zor aerodromunda isə Suriya ordusunun 62 əsgəri həlak olub
Digər ölkələr
18 Sentyabr , 2016 16:38
Suriyada hərbi təyyarə vurulub, 1 ölü

Bakı. 18 sentyabr. REPORT.AZ/ Suriya ordusuna məxsus hərbi təyyarə Deyr-ez-Zorda vurulub.

"Report"un məlumatına görə, bu barə "SANA" agentliyi xəbər yayıb. 

Məlumata görə, hadisə ölkənin şimal-şərqində, İŞİD terror qruplaşmasına qarşı əməliyyat zamanı baş verib. Təyyarənin hansı qruplaşma tərəfindən vurulduğu məlum deyil.  

Deyr əz-Zor aerodromunun ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən hava bombardmanına məruz qalması nəticəsində isə Suriya ordusunun 62 əsgəri həlak olub. 

Pentaqon bəyan edib ki, bombardman yanlışlıq üzündən baş verib və koalisiya qüvvələri səhvən İŞİD-in mövqelərini zərbə endirdiklərini düşünüblər.  

Son xəbərlər

Orphus sistemi