Suriyada hava hücumları zamanı 24 nəfər həlak olub

Suriyada hava hücumları zamanı 24 nəfər həlak olub Suriyanın İdlib şəhərinin hava hücumlarına məruz qalması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
29 May , 2019 08:21
Suriyada hava hücumları zamanı 24 nəfər həlak olub

Suriyanın İdlib şəhərinin hava hücumlarına məruz qalması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, son hava zərbələri zamanı həlak olanların sayı 24 nəfərə çatıb. Hücumlar zamanı habelə onlarla dinc sakin xəsarət alıb.

İdlibin Mülki Aviasiyasındakı mənbə bildirib ki, hava hücumlarına Arih, İhsem, Maretmater, Sfehen, Ha əs-Sübül, Ətarib, Kəfər Halibəl-Bəvvabiyyə rayonları məruz qalıb.

Daha əvvəl bildirilirdi ki, hava hücumları zamanı 4 dinc sakin həlak olub.

Məlumata görə, aprelin 25-dən davam edən hücumlar zamanı azı 255 dinc sakin həlak olub, 650-dən çox insan yaralanıb

Son xəbərlər

Orphus sistemi