Yuxarı

Suriyada güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, 70-i yaralanıb

Suriyada güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, 70-i yaralanıb
Partlayışlar Qafqaz qruplaşması adlanan qərargahın yaxınlığında baş verib

Bakı. 7 yanvar. REPORT.AZ/ Suriyanın İdlib şəhərində baş verən güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, daha 70 insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentlik şəhərdə avtomobillərin park edildiyi ərazidə ard-arda 4 partlayışın qeydə alındığını yazıb.

"Sky News Arabiya"nın məlumatına görə, İdlibdə minalanmış avtomobil partladılıb. Partlayış Qafqaz qruplaşması adlanan qərargahın yaxınlığında baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi