Yuxarı

Suriyada döyüşlər zamanı ordu generalı həlak olub

Suriyada döyüşlər zamanı ordu generalı həlak olub
Hadisə Deyr-əz-Zorda terrorçuların hücumunu dəf edərkən baş verib

Bakı. 1 fevral. REPORT.AZ/ Suriya ordusu çərşənbə günü Deyr-əz-Zorun əyalət mərkəzinin ətrafında yerləşən Məyadin rayonunda İŞİD terrorçularının hücumunu dəf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Shaam Times" portalı məlumat yayıb.

İŞİD yaraqlıları Suriya səhrasında Məzar Ayn-Ali və Əl-Kuriyə vahələrində itirdikləri mövqeləri geri almağa cəhd göstəriblər. Terrorçulara qarşı həyata keçirilən əməliyyat zamanı 67-ci zirehli tank briqadasının qərargah rəisi general Xəlil Məhfuz həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi