​Suriyada bombardman nəticəsində onlarla insan həlak olub

​Suriyada bombardman nəticəsində onlarla insan həlak olub Ən ağır itki ölkənin cənubunda yerləşən Casim şəhərində qeydə alınıb
Digər ölkələr
3 Fevral , 2015 00:30
​Suriyada bombardman nəticəsində onlarla insan həlak olub

Bakı.3 fevral. REPORT.AZ/ Suriya hökumət qoşunlarının üsyançıların əlində olan şəhərlərə endirdiyi aviazərbələr çoxsaylı insan itkisinə səbəb olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, ən ağır itki ölkənin cənubunda yerləşən Casim şəhərində qeydə alınıb.

Müxalifət nümayəndələrinin məlumatına görə, Casimdə 14 nəfər həlak olub.

Britaniyada yerləşən Suriyada İnsan Hüquqları Müşahidə Şurası Dəməşq yaxınlığındakı Duma şəhərində altı nəfərin ölməsi barədə məlumat yayıb.

Ölənlər barədə Suriyanın digər şəhərlərindən də məlumatlar daxil olmaqdadır.

Son xəbərlər

Orphus sistemi