Suriyanın Əl-Bab şəhərində bomba partlaması nəticəsində ölənlərin sayı 18-ə, yaralananların sayı isə 27 nəfərə çatıb.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyə
***16:40
Suriyanın Əl-Bab şəhərində avtovağzalda bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 11 mülki şəxs ölüb, 15-dən çox dinc sakin yaralanıb.
“Report” xəbər verir ki, məlumatı DHA yayıb.
Bildirilib ki, partlayış nəticəsində çoxlu sayda maşına ziyan dəyib.
Qeyd edək ki, Türkiyə Silahlı Qvvələri və Suriya Azadlıq Ordusu “Zeytun budağı” antiterror əməliyyatı ilə Əl-Babı terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləyib.
Partlayışı terrorçu PKK/YPG-PYD qruplaşmasının törətdiyi ehtimal edilir.