Yuxarı

​Suriyada aviazərbələr nəticəsində 10 mülki vətəndaş ölüb

​Suriyada aviazərbələr nəticəsində 10 mülki vətəndaş ölüb
Onlarla adam yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır

Bakı. 7 mart. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror təşkilatının nəzarəti altındakı Deyruz Zor şəhərinə bağlı Məyadin rayonunda yaşayış məntəqələrini bombalayıb.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya Ali İnqilab Şurası açıqlama yayıb.

Məlumata görə, aviazərbələr nəticəsində 10 mülki vətəndaş ölüb, onlarla adam yaralanıb. Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi