Suriyada 470 min insan həlak olub

Suriyada 470 min insan həlak olub Vətəndaş müharibəsi səbəbi ilə 1.9 milyon insan xəsarət alıb
Digər ölkələr
12 Fevral , 2016 00:32
Suriyada 470 min insan həlak olub

Bakı. 12 fevral. REPORT.AZ/ Suriyada son beş il ərzində 470 min insan həlak olub.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiiyi xəbərə görə, Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin son hesabatına əsasən, bu ölkədə 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqlar ölüb.

Mərkəzin hesabatında deyilir ki, ölənlər Suriya əhalisinin 11.5 faizini təşkil edir.

Vətəndaş müharibəsi səbəbi ilə 1.9 milyon insan xəsarət alıb.

13.8 milyon suriyalının qazanc əldə edə bilmədiyi deyilir. Əhalinin 45 faizi məcburi köçkünə çevrilib. Onların 4 milyonu xarici ölkələrdə sığınacaq tapıb.

Son xəbərlər

Orphus sistemi