Yuxarı

Suriyada 19 dinc sakin ölüb, 44 nəfər yaralanıb

Suriyada 19 dinc sakin ölüb, 44 nəfər yaralanıb
Sakinlər Deyr-əz-Zorda gedən döyüşlər nəticəsində həlak olublar

Bakı. 29 yanvar. REPORT.AZ/ Suriyanın İŞİD terror qruplaşmasının mühasirəsində olan Deyr-əz-Zor şəhərində gedən döyüşlər nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin şənbə günü yaydığı hesabatında bildirilir.

Qeyd olunur ki, son günlər daha şiddətli döyüşlər Əl-Ommal və Ər-Rasafa məhəllələrində, Əl-Baqliyə rayonunda, həmçinin Deyr-əz-Zor aviabazasından qərbdə gedib və onlarla dinc sakinin həlak olmasına və yaralanmasına gətirib çıxarıb.

"Mühasirədə olan şəhərin həkimləri 15-23 yanvar tarixlərində minaatanlardan endirilən zərbələr nəticəsində dinc sakinlər arasında 19 nəfərin öldüyünü, 44 nəfərin yaralandığını məlumat veriblər", - deyə İdarənin məlumatında qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi