Bakı. 03 İyun. REPORT.AZ/ Suriya və İraqda hökumət qoşunları tərəfindən aparılan əməliyyatlar nəticəsində Fransadan olan ən azı 110 radikal islamçı öldürülüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manüel Vals parlamentdə çıxışı zamanı bildirib.
Vals qeyd edib ki, hakimiyyətin göstərdiyi səylərə baxmayaraq terror qruplaşmaları, eləcə də, "İraq-Şam İslam Dövləti"nin (İŞİD) fəaliyyətinə cəlb olunan Fransa vətəndaşlarının sayı sürətlə artır.
Onun sözlərinə görə, əgər ilin əvvəlində söhbət 1000 nəfərdən gedirdisə, bu gün həmin rəqəm artıq 1730-a çatıb.
"Bu göstərici cəmi bir il ərzində iki dəfə artıb", - deyə Vals bildirib.