Suriya üzrə nazirlərin görüşü sentyabrın 21-də BMT-də keçiriləcək

Suriya üzrə nazirlərin görüşü sentyabrın 21-də BMT-də keçiriləcək Görüş Avropa İttifaqının təşəbbüsü ilə keçiriləcək
Digər ölkələr
18 Sentyabr , 2017 13:56
Suriya üzrə nazirlərin görüşü sentyabrın 21-də BMT-də keçiriləcək

Bakı. 18 sentyabr. REPORT.AZ/ Suriya üzrə yüksək səviyyəli beynəlxalq görüş sentyabrın 21-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın ümumsiyasi diskussiya çərçivəsində keçiriləcək. 

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Onun sözlərinə görə, Suriya böhranı üzrə beynəlxalq görüşü sentyabrın 21-də BMT-nin Himayə Şurasının zalında geniş formatda keçiriləcək: "Avropa İttifaqının təşəbbüsü ilə keçiriləcək görüşün BMT, Ərəb Dövlətləri Liqası və 20 ölkənin daxil olduğu Beynəlxalq Suriyaya Dəstək Qrupuna (BSDQ) aidiyyəti yoxdur. BSDQ həmsədrləri Rusiya və ABŞ-dır".

Sentyabrın 19-25-də BMT Baş Assambleyasının ümumsiyasi diskussiyası keçiriləcək. Bu çərçivədə onlarla iclas və ikitərəfli görüşlər baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi