Suriya üzrə Astana görüşündə ərəb media nümayəndələri qalmaqala səbəb olublar

Suriya üzrə Astana görüşündə ərəb media nümayəndələri qalmaqala səbəb olublar İnsident Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfərinin jurnalistlərə tərəf gəldiyi zaman yaşanıb
Digər ölkələr
23 Yanvar , 2017 17:11
Suriya üzrə Astana görüşündə ərəb media nümayəndələri qalmaqala səbəb olublar

Bakı. 23 yanvar. REPORT.AZ/ Ərəb media nümayəndələri Suriya üzrə Astana görüşündə qalmaqala səbəb olublar.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

İnsident "Rixos President Astana Hotel" mehmanxanasında, rəsmi Dəməşqin nümayəndə heyətinə başçılıq edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfərinin jurnalistlərə tərəf gəldiyi zaman yaşanıb.

Jurnalistlər Bəşər əl-Cəfərini əhatəyə alarkən operatorlardan biri  həmkarından çəkilişə mane olmamaq üçün bir neçə dəfə ondan başını çəkməsini xahiş edib. Bundan sonra jurnalistlər bir-birinə ərəbcə ifadələr işlətməklə qışqıraraq mübahisəyə başlayıblar. Onları qısa müddətdə sakitləşdirmək olub.

Bu müddətdə Suriya nümayəndə heyətinin rəhbəri hadisəyə heç bir reaksiya verməyib.

Son xəbərlər

Orphus sistemi