Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib Qoşun hazırda İŞİD-in son dayaq məntəqəsi olan Maskenaya hücum etməkdədir
Digər ölkələr
28 May , 2017 01:35
Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib
Courtesy İmage

Bakı. 28 may. REPORT.AZ/ Suriya ordusu könüllülərin dəstəyi ilə Hələbdən 100 km şərqdə İŞİD terrorçularına qarşı əməliyyatların miqyasını genişləndirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Suriya Silahlı Qüvvələri Komandanlığının nümayəndəsinə istinadən SANA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hökumət qüvvələri sutka ərzində Fərat çayı üzərində yerləşən Əsəd su anbarı yaxınlığında 12 kənd və fermanı azad edib. Qoşun hazırda İŞİD-in bu ərazidə son dayaq nöqtəsi olan Maskena şəhərinə hücum etməkdədir.

Son xəbərlər

Orphus sistemi