​Suriya paytaxtının atəşə tutulması nəticəsində 8 nəfər ölüb

​Suriya paytaxtının atəşə tutulması nəticəsində 8 nəfər ölüb Hadisəyə görə heç bir radikal qruplaşma məsuliyyəti üzərinə götürməyib
Digər ölkələr
24 İyul , 2016 22:18
​Suriya paytaxtının atəşə tutulması nəticəsində 8 nəfər ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən restoran minaatanlardan atəşə tutulub.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.

Agentliyin məlumatına görə, paytaxtın hökumət qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqələrindən birini atəşə tutan şəxslərin kimliyi məlum deyil.

Hadisəyə görə heç bir radikal qruplaşma məsuliyyəti üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi