Suriya ordusu iki hərbi bazaya endirilmiş raket zərbələrini dəf edib - YENİLƏNİB

Suriya ordusu iki hərbi bazaya endirilmiş raket zərbələrini dəf edib - YENİLƏNİB Zenitçilər Şayrat ətrafında 6, Dumeyrəyə uçan 3 raketi vurublar
Digər ölkələr
17 Aprel , 2018 05:06
Suriya ordusu iki hərbi bazaya endirilmiş raket zərbələrini dəf edib - YENİLƏNİB
Courtesy İmage

Bakı. 17 aprel. REPORT.AZ/ Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrdəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Ekhbariya" telestansiyasına respublikanın Hərbi Qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, Suriya zenitçiləri Şayrat ətrafında 6, Dumeyrəyə uçan daha 3 raketi vurublar.

"Al Masdar" portalının məlumatına görə, hərbi bazalara İsrailin Hərbi Hava Qüvvələri Livanın səmasından hücum ediblər. Lakin bu məlumat hələlik Dəməşq tərəfindən rəsmən təsdiqlənməyib. 


***02:30

Suriyanın hərbi aerodromuna raket zərbələri endirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri Şayrat hərbi aerodromuna raket zərbələrini dəf edirlər. Ağentliyin məlumatına görə, suriyalı zenitçilər bir neçə hədəfi məhv edə biliblər.

Son xəbərlər

Orphus sistemi