Yuxarı

Suriya ordusu İŞİD-ə həlledici zərbə vurmağa hazırlaşır

Suriya ordusu İŞİD-ə həlledici zərbə vurmağa hazırlaşır
Ordu qruplaşmanın son böyük istinadgahı olan vilayətə daxil olub

Bakı. 31 iyul. REPORT.AZ/ Suriyanın hökumət qoşunları İŞİD terror qruplaşması üzərində qələbəyə yaxındır.

"Report" xəbər verir ki, ordu terror təşkilatının son böyük istinadgahı olan Deyr-əz-Zor vilayətinin ərazisinə daxil ola bilib.

Ordudakı mənbədən "İzvestiya" nəşrinə verilən məlumata görə, Suriya qoşunları vilayət ərazisinə Rəqqa tərəfdən daxil olublar.

"Hazırda hökumət qoşunları vilayətin eyniadlı inzibati mərkəzindən (Deyr-əz-Zor – red.) 50-60 km. aralıdadır", - deyə mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi