Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib

Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib Bakı. 25 noyabr. REPORT.AZ/ Suriya ordusunun artilleriya bölmələri bazar günü xlorlu mərmi ilə Hələb şəhərinin yaşayış məhəllələrini atəşə tutan silahlı qruplaşmaların mövqelərinə cavab zərbələri endirib.
Digər ölkələr
25 Noyabr , 2018 10:41
Suriya ordusu Hələbə xlorlu mərmi atan terrorçulara cavab zərbələri endirib

Bakı. 25 noyabr. REPORT.AZ/ Suriya ordusunun artilleriya bölmələri bazar günü xlorlu mərmi ilə Hələb şəhərinin yaşayış məhəllələrini atəşə tutan silahlı qruplaşmaların mövqelərinə cavab zərbələri endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Suria" telekanalı məlumat yayıb.

Bildirilir ki, dəqiq zərbələr nəticəsində terrorçuların sıralarında xeyli sayda ölən var.

Hələbin polis idarəsinin rəisi general İssam əş-Şalli zəhərləyici maddə tərkibli döyüş sursatlarının tətbiqinə görə "Nüsra cəbhəsi" terror qruplaşmasını məsuliyyətli bilib.

Bundan əvvəl Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib.

Son xəbərlər

Orphus sistemi