Suriya ordusu Əs-Suxna şəhərini İŞİD-dən tamamilə azad edib

Suriya ordusu Əs-Suxna şəhərini İŞİD-dən tamamilə azad edib Şəhərin azad edilməsi hökumət qüvvələrinə Deyr-ez-Zora hücum imkanları yaradır
Digər ölkələr
13 Avqust , 2017 13:35
Suriya ordusu Əs-Suxna şəhərini İŞİD-dən tamamilə azad edib
"RİA Novosti"

Bakı. 13 avqust. REPORT.AZ/ Suriya ordusu Rusiyanın Kosmik Hava Qüvvələrinin dəstəyi ilə Əs-Suxna şəhərini İŞİD-dən azad edib.

“Report” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Hüms vilayətinin şərqindəki şəhər terrorçulardan tamamilə azad olunub. 

Nazirliyin məlumatında qeyd olunur ki, şəhərin azad edilməsi hökumət qüvvələrinə silahlıların 3 ildir mühasirədə saxladığı Deyr-ez-Zora hücum imkanları yaradır.  

Son xəbərlər

Orphus sistemi