Suriya ordusu Əş-Şula yaşayış məntəqəsini terrorçulardan azad edib

Suriya ordusu Əş-Şula yaşayış məntəqəsini terrorçulardan azad edib Əş-Şula Deyr-əz-Zor şəhərindən 22 km cənub-qərbdə yerləşir
Digər ölkələr
9 Sentyabr , 2017 03:45
Suriya ordusu Əş-Şula yaşayış məntəqəsini terrorçulardan azad edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Suriya ordusu Deyr-əz-Zor əyalətinin Əş-Şula yaşayış məntəqəsini İŞİD terrorçularından tam azad edib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü SANA agentliyi məlumat yayıb.

Əş-Şula Deyr-əz-Zor şəhərindən 22 km cənub-qərbdə, Əs-Suxna vahəsindən gedən yolun yaxınlığında yerləşirr.

Bundan əvvəl hökumət qoşunlarının Deyr-əz-Zorun şərqində yerləşən aviabazanın mühasirədən azad edilməsi üzrə əməliyyata başladığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi