Yuxarı

Suriya ordusu Hələbdə hərbi əməliyyatları dayandırıb

Suriya ordusu Hələbdə hərbi əməliyyatları dayandırıb
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib

Bakı. 8 dekabr. REPORT.AZ/ Suriya ordusu dinc əhali kalonunu şəhərdən çıxarmaq üçün Hələbin şərqində hərbi əməliyyatları dayandırıb. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu gün Şərqi Hələbdə aktiv hərbi əməliyyatlar dayandırılır. Ötən dövr ərzində dinc əhalinin ərazidən uzaqlaşdırılması üzrə ən irihəcmli əməliyyat həyata keçiriləcək”, - Lavrov deyib.

Rusiya XİN rəsmisi vurğulayıb ki, 8 min şəxsdən ibarət insan kolonu 5 kilometrə qədər yol qət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi