Suriya ölkə ərazisinə daxil olan İsrail qırıcısını atəşə tutub

Suriya ölkə ərazisinə daxil olan İsrail qırıcısını atəşə tutub Kəşfiyyat təyyarəsi Suriyanın hava məkanını tərk etmək məcburiyyətində qalıb
Digər ölkələr
15 Fevral , 2018 00:44
Suriya ölkə ərazisinə daxil olan İsrail qırıcısını atəşə tutub

Bakı. 15 fevral. REPORT.AZ/ İsrailin kəşfiyyat təyyarəsi çərşənbə günü Əl-Kunteyr şəhərinin ərazisində (Dəməşqin 40 kilometrliyi) Suriyanın hava məkanına daxil olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri kəşfiyyat təyyarəsinə atəş açaraq, onu ölkənin hava məkanından çıxmağa məcbur ediblər.

Son xəbərlər

Orphus sistemi