Bakı. 19 yanvar. REPORT.AZ/ Suriya ordusu ölkənin şimal-qərbində "Nüsra cəbhəsi" terror qruplaşmasına qarşı irimiqyaslı xüsusi əməliyyat hazırlayır.
“Report” xəbər verir ki, bunu ölkənin silahlı qüvvələrindəki mənbə deyib, məlumatı həmçinin Suriyanın hakim "Baas" partiyası da təsdiq edib.
"Söhbət Hama, Hələb və İdlib əyalətlərinin qovşağından gedir. İlin əvvəlindən başlayan hücum sürətli və uğurlu oldu, indi biz böyük yaraqlı qrupunu mühasirəyə alıb, bir küncə sıxışdırmağa hazırlaşırıq", – deyə həmsöhbətlərdən biri bildirib.