Suriyada hərbi əməliyyatlar dayandırıldı - YENİLƏNİB - VİDEO

Suriyada hərbi əməliyyatlar dayandırıldı - YENİLƏNİB - VİDEO Türkiyə Silahlı Qüvvələri müxalif qüvvələrlə birlikdə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyatları dayandırıb.
Digər ölkələr
10 Fevral , 2020 15:05
Suriyada hərbi əməliyyatlar dayandırıldı - YENİLƏNİB - VİDEO

Türkiyə Silahlı Qüvvələri müxalif qüvvələrlə birlikdə Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyatları dayandırıb.

"Report" "StepNews"a istinadən xəbər verir ki, bu qərar rəsmi Ankaranın göstərişi ilə qəbul edilib.

Əməliyyatlar Rusiya heyəti ilə Türkiyə paytaxtında aparılan müzakirələrdən sonra dayandırılıb.

Danışıqlara Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Sergey Verşin və Prezident Vladimir Putinin Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev rəhbərlik edib.

Görüşdə Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Kəşfiyyat Təşkilatının, eyni zamanda Rusiyanın hərbi və kəşfiyyat qurumlarının təmsilçiləri iştirak ediblər. 


*** 14:10

Suriyada müxalif qüvvələr Serakib şəhərində əməliyyata başlayıb.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, əməliyyat Türkiyə artilleriyasının dəstəyi ilə İdlib bölgəsinin şərqində rejim qüvvələrinə qarşı keçirilir.

Qeyd edək ki, Serakib şəhəri bir müddət öncə Bəşşar Əsədə sadiq qüvvələrin nəzarəti altına keçib. 

Son xəbərlər

Orphus sistemi