Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaq

Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaq Müxalifət nümayəndəsi Yəhya əl-Aridi: "Zəmanətçi ölkələr - Rusiya, Türkiyə və bəlkə də İran yalnız sənəd yayır"
Digər ölkələr
24 Yanvar , 2017 11:49
Suriya müxalifəti Astana görüşünün yekunları üzrə kommünikeni imzalamayacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Astanada Suriya məsələsinin nizamlanması üzrə danışıqlarda iştirak edən Suriya müxalifətinin nümayəndə heyəti barışıq zəmanətçisi olan ölkələrin yekun kommünikesini imzalamayacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstandakı danışıqlarda Suriya müxalifətini təmsil edən rəsmi nümayəndə Yəhya əl-Aridi bildirib.

"İmzalanma olmayacaq. Zəmanətçi ölkələr - Rusiya, Türkiyə və bəlkə də İran yalnız sənəd yayır", - deyə o vurğulayıb.

Qeyd edək ki, artıq ikinci gündür Astanada Suriya nizamlanması üzrə danışıqlar çərçivəsində görüşlər keçirilir.

Son xəbərlər

Orphus sistemi