Yuxarı

Suriya Milli Ordusunun 4 döyüşçüsü həlak olub, 7-si yaralanıb

Suriya Milli Ordusunun 4 döyüşçüsü həlak olub, 7-si yaralanıb

Suriyanın Hələb şəhərinin Azez rayonuna terrorçu PKK/YPG-PYD-nin hücumu nəticəsində Suriya Milli Ordusunun 4 döyüşçüsü şəhid olub, 7-si yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “AHaber” yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Kilis rayonu ilə sərhəddə yerləşən Suriyanın Azez rayonunda baş verib. Terrorçular işğal altında saxladıqları Tel Rıfatdan Azezin cənubundakı Kafar Kalbin və Kafarkaşer rayonlarına keçiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi