Yuxarı

Suriya kimyəvi silah anbarına zərbə sonrası yüzlərlə adamın ölümünə görə koalisiyanı günahlandırıb

Suriya kimyəvi silah anbarına zərbə sonrası yüzlərlə adamın ölümünə görə koalisiyanı günahlandırıb

Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı: Bu, silahlılarda kimyəvi silah-sursat olduğunu sübut edir

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının Deyr əz-Zor şəhərində yerləşən kimyəvi silah anbarına aviazərbə endirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suriya Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, aviazərbə zamanı yüzlərlə dinc sakin həlak olub.

Hərbçilərin sözlərinə görə, bu, silahlılarda kimyəvi silah-sursat olduğunu sübut edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi