Bakı. 26 fevral. REPORT.AZ/ Suriya hökuməti və müxalifət ölkədə fevralın 27-si Bakı vaxtı ilə 02:00-da qüvvəyə minməli olan atəşkəs rejiminə sadiq olduqlarını bəyan ediblər.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Rusiya və ABŞ tərəfindən hazırlanmış Suriya üzrə qətnamə layihəsi fevralın 27-dən ölkədə atəşkəs rejiminin qüvvəyə minməsini təsbit edir.
Hökumət qüvvələri və müxalifət qrupları Rusiya və ABŞ-a hərbi əməliyyatların dayandırılması şərtlərini qəbul etdiklərini və indi onun iştirakçıları olduqlarını bildiriblər.