Yuxarı

Suriya hərbçisi Hələb şəhərinin atəşə tutulması nəticəsində həlak olub

Suriya hərbçisi Hələb şəhərinin atəşə tutulması nəticəsində həlak olub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Hələb şəhərinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində bir Suriya hərbçisi həlak olub.

“Report” xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko deyib.

"Hələb şəhərinin Benyamin rayonunda iki yaşayış məntəqəsinin naməlum silahlı qruplaşma tərəfindən snayper tüfəngləri ilə atəşə tutulması nəticəsində Suriya silahlı qüvvələrinin hərbçisi həlak olub", - deyə Savçenko bildirib.

Onun sözlərinə görə, yaraqlılar həmçinin Latakiya əyalətinin iki yaşayış məntəqəsini və Hələb şəhərinin bir neçə rayonunu da atəşə tutublar.

Qeyd edək ki, bir müddət əvvəl İŞİD terror təşkilatının yaraqlıları Suriyada "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi