​Suriyada hava zərbələri nəticəsində mindən artıq terrorçu məhv edilib

​Suriyada hava zərbələri nəticəsində mindən artıq terrorçu məhv edilib Havadan zərbələr nəticəsində 52 dinc sakin də dünyasını dəyişib.
Digər ölkələr
24 Dekabr , 2014 02:27
​Suriyada hava zərbələri nəticəsində mindən artıq terrorçu məhv edilib
Bakı. 24 dekabr. REPORT.AZ/ Cari ilin sentyabr ayından başlayaraq Suriyada beynəlxalq koalisiyanın hava ilə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı mindən artıq ekstremist zərərsizləşdirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqları üzrə Müşahidə Şurasının çərşənbə axşamı açıqlanan bəyanatında bildirilir.

" "İraq-Şam İslam Dövləti (İŞİD) və "Ən-Nüsra Cəbhəsi"nin 1119 terrorçusu daxil olmaqla, 1171-dən artıq insan ərəb və Qərb dövlətlərinin aviazərbələri nəticəsində (sentyabrın 23-dən) həlak olub", - deyə məlumatda qeyd olunur.

Müşahidə Şurası əlavə edib ki, havadan zərbələr nəticəsində 52 dinc sakin də dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi