Yuxarı

Suriya bazarlarından birində partlayış törədilib, 15 nəfər ölüb - VİDEO

Suriya bazarlarından birində partlayış törədilib, 15 nəfər ölüb - VİDEO
Otuzdan çox insanın yaralandığı bildirilir

Bakı. 25 iyun. REPORT.AZ/ Şənbə günü Suriyanın Əd-Dana şəhərində (İdlib əyaləti) törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "EA Worldview" nəşri yazıb.

Partlayışın günün ikinci yarısında şəhər bazarında, insanların Fitr bayramı üçün alış-veriş etdiyi zaman törədildiyi və partlayıcı qurğunun avtomobildə quraşdırıldığı bildirilir. Ölənlər arasında 3 uşaq var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi