Ötən gecə Suriya Azadlıq Ordusunun 15 döyüşçüsü həlak olub, 35-i yaralanıb

Ötən gecə Suriya Azadlıq Ordusunun 15 döyüşçüsü həlak olub, 35-i yaralanıb Terrorçulara məxsus silah-sursat və ərzaq anbarı, onların başçılarının yeri də daxil olmaqla 9 bina məhv edilib
Digər ölkələr
3 Oktyabr , 2016 11:34
Ötən gecə Suriya Azadlıq Ordusunun 15 döyüşçüsü həlak olub, 35-i yaralanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən "Fırat kalkanı" ("Fərat qalxanı") əməliyyatı nəticəsində oktyabrın 3-də gecə saatlarında Suriya Azadlıq Qrdusunun 15 döyüşçüsü həlak olub, 35-i yaralanıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahdan bildirilib ki, əməliyyat nəticəsində 13 terrorçu zərərsizləşdirilib.

Məlumata görə, terrorçulara məxsus silah-sursat və ərzaq anbarı, onların başçılarının yeri də daxil olmaqla, 9 bina məhv edilib.

Son xəbərlər

Orphus sistemi